Belarus hökuməti Ukrayna ilə hərbi-texniki sahədə əməkdaşlıq sazişini denonsasiya edib.
Hökumətin bu haqda rəsmi qərarı Belarusun Milli Hüquq İnternet Portalında dərc edilib.
Həmçinin, bu sazişə əlavələrin edilməsi haqqında iki ölkə arasında 2003-cü il 16 iyulda Minskdə də imzalanmış hökumətlərarası protokola da xitam verilib.
Qeyd edək ki, müqavilə 1994-cü il 16 dekabrda Belarus paytaxtı Minskdə iki ölkə tərəfindən imzalanıb.