Belarus Ukrayna ilə dövlət sərhədinin 17 km-liyində yerləşən Qomel vilayətinin Yelsk rayonuna əlavə hərbi texnika yığır.
Bunu “Belaruski Qayun” monitorinq qrupu bildirib.
Məlumata görə, Yelskin Dövlət Avtomobil Müfəttişliyi və İcraiyyə Komitəsinin binası yaxınlığında tezliklə hərbi təlim keçiriləcək.
Bildirilib ki, oktyabrın 12-də şəhərə əlavə hərbi texnika karvanının gətiriləcəyi gözlənilir. Bununla əlaqədar bütün təşkilatlara texnikanın hərəkəti zamanı cib telefonları gəzdirmək qadağası qoyulub. Bu qadağanı pozanlar barədə uyğun qurumların əməkdaşlarına məlumat verilməsi, eləcə də əsas yollarda avtomobillə hərəkət etməmək tövsiyə olunub.
Məlumata görə, bütün bunlar Belarus Silahlı Qüvvələrində yoxlamaların aparılması ilə bağlı ola bilər.
Qeyd edək ki, Belarus Milli Təhlükəsizlik Şurası oktyabrın 12-də Silahlı Qüvvələrdə yoxlamaya başlayacaq.