11 C
Baku
Wednesday, November 13, 2024

Belarus Ukrayna ilə sərhəddə antiterror əməliyyat rejimi tətbiq edib

Belarus Ukrayna ilə sərhəddə yerləşən Lelçitski rayonunda antiterror əməliyyat rejimi tətbiq edib.

Bu barədə Belarusun Qomel vilayətinin Dövlət Təhlükəsizlik Komitəsi bildirib.

Məlumata görə, yerli sakinlərdən asayişi qorumağa və güc strukturları əməkdaşlarının tələblərinə tabe olmaq istənilir.

Lelçitski rayonu Ukraynanın Rovenensk vilayətinin Sarnenks və Jitomir vilayətinin Korostensk rayonları ilə sərhəddə yerləşir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər