16 C
Baku
Cümə, May 20, 2022

Belarus Ukraynaya etiraz notası göndərib

Rəsmi Minsk Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) Belarus sərhədini qanunsuz keçməsini əsas gətirərək Ukraynaya etiraz notası göndərib.

Bu barədə Belarus Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin məlumatında bildirilib. Qeyd olunub ki, Ukraynanın Belarusdakı səfiri İqor Kizim Ukraynadan Belarusa qanunsuz müşahidə həyata keçirəcək PUA-nın göndərilməsinə etiraz olaraq Belarus XİN-ə çağırılıb.

XİN-in məlumatında qeyd olunub ki, hadisə yanvarın 24-də baş verib.

Bildirilib ki, Belarus sərhədini qanunsuz keçmiş Ukrayna dronu Belarus ərazisinə enməyə məcbur edilib.

“PUA-nın gövdəsindəki avadanlıqların təhlili nəticəsində onun Ukraynadan Bretski təlim zonasına qanusuz müşahidə fəaliyyəti aparması məqsədi ilə göndərilməsi təsdiqlənib ”, – deyə XİN-in məlumatında qeyd olunub. Belarus XİN Kiyevin bu cür addımlarının regionda vəziyyətin qəsdən eskalasiyasına yönəldiyini və ikitərəfli dialoqa töhfə vermədiyini bildirib.

 

 

MənbəApa.az
Son xəbərlər
Oxşar xəbərlər