9 C
Baku
Friday, December 27, 2024

Belarus vətəndaşların ölkədən çıxışını məhdudlaşdırır

Belarus hökuməti koronavirusla mübarizə tədbirləri çərçivəsində vətəndaşların quru sərhəd keçid məntəqələri vasitəsilə ölkədən çıxışına müvəqqəti olaraq qadağa qoyur.

Bu barədə hökumətin rəsmi saytında bildirilib. Qeyd olunur ki, yeni qərar Belarus vətəndaşları ilə yanaşı, ölkəyə müvəqqəti və ya daimi olaraq gəlmiş əcnəbilərə də şamil olunacaq.

Vurğulanır ki, söhbət avtomobil, dəmir yolları və çay keçid məntəqələri ilə hərəkətdən gedir.

Qərar rəsmi dərc olunduqdan 10 gün sonra qüvvəyə minəcək.

Son xəbərlər
Digər xəbərlər