Belarus yeni aşağı büdcəli aviaşirkət – loukoster yaratmağı planlaşdırır.
Bu barədə ölkənin Nəqliyyat və Rabitə naziri Alakesey Avramenko bildirib.
“Bu sahədə rəqabətə davam gətirmək və sərnişin daşımalarını inkişaf etdirmək üçün daha ucuz ikinci hava yolu şirkətini yaratmaq niyyətindəyik”, – deyə o, qeyd edib.
Nazir həmçinin əlavə edib ki, loukoster Belarusun Qrodno hava limanında fəaliyyət göstərəcək.