8 C
Baku
Thursday, December 12, 2024

Belarusda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçirilir

Belarusda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumda səsvermə başlayıb.

“Respublika üzrə referendumda səsvermə üçün 5 510 seçki məntəqəsi açılıb”, – ölkənin Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib. Qeyd edilir ki, 5 510 seçki məntəqəsindən 217-si erkən səsvermənin keçirilmədiyi sanatoriya, dispanser, xəstəxana və digər tibb müəssisələrində açılıb.

Fevralın 22-dən 26-na kimi erkən səsvermə mümkün idi. Bu hüquqdan səsvermə siyahılarına daxil edilmiş vətəndaşların 42,93 faizi istifadə edib.

Seçici siyahılarına 6,8 milyondan çox vətəndaşın adı daxil edilib. Bülletendə bir sual var: “Belarus Respublikasının Konstitusiyasına əlavə və dəyişiklikləri qəbul edirsinizmi?”. Səsvermə iştirakçılarından iki xanadan birində işarə qoymaları xahiş olunur – “lehinə” və ya “əleyhinə”. MSK-da bildirilib ki, hər iki xanada işarələr qoyularsa və ya onlar ümumiyyətlə olmasa, bülleten etibarsız sayılacaq.

Qanuna uyğun olaraq, referendumda səsvermə hüququ olan vətəndaşların yarıdan çoxu iştirak edərsə, referendum baş tutmuş sayılır.

Referendum Bakı vaxtı ilə saat 21:00-da başa çatacaq.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər