27 C
Baku
Saturday, July 27, 2024

Belarusdakı etirazlar ölkə iqtisadiyyatına nə qədər zərər vurub?

Belarusda prezident seçkiərinin nəticələrinə etirazlar ölkə iqtisadiyyatına milyardlarla dollar zərər vurub.

Belarus KİV-i xəbər verir ki, bu barədə Lukaşenkonun köməkçisi Valeri Belski söyləyib.

Belski ilkin itkilərin 500 milyon dollar olduğunu lakin uzaq perspektivdə rəqəmin milyardlarla dollar səviyyəsində ölçüləcəyini dilə gətirib.

“Zavodlarla istehsalın dayanması indiki və gələcək gəlirlər üçün ağır zərbə olacaq. Bu alıcıları kontraktların pozulması üçün siqnal ola bilər”-deyə prezident köməkçisi deyib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər