Belarus hakimiyyəti xarici ticarətin statistikasını hazırlayıb.
Açıqlamaya görə, ölkənin 10 ay ərzində məhsul ixracında bir milyard dollar geri düşdüyü məlum olub.
Banki24.by-ın xəbərinə görə, 10 ay ərzində ixrac axınının azaldılmasına üç dövlət – Birləşmiş Krallıq (mənfi 538 milyon ABŞ dolları (914 milyon AZN)), Niderland (mənfi 640 milyon dollar (1,088 milyon AZN)) və Azərbaycan (mənfi 263 milyon dollar (447 milyon AZN)) səbəb olub.
Statistikaya görə, Belarus, əsasən, İngiltərə və Niderlanda neft məhsulları ixrac edir. Rusiyanın vergi manevri tədricən Belarusdan maye karbohidrogenləri uzun məsafələrə tədarük etməyi yararsız hala gətirib. Bu da ixracın azalmasına səbəb olub.
10 ayda Azərbaycana ixrac 2018-ci ilə görə 3,3 dəfə azalıb.
Məsələ burasındadır ki, keçən il Azərbaycan Belarusdan hərbi texnika alıb. 2019-cu ildə birdəfəlik belə böyük alış olmayıb. Beləliklə, ixracat azalıb.
İxracın azalmasının səbəblərindən biri də Belarus rublunun dəyərdən düşməsi ilə əlaqələndirilir.
©Oxu.az