9 C
Baku
Wednesday, November 13, 2024

Belarusiyada yeni neft kəməri inşa ediləcək

2020-2023-cü illərdə Belarusa neft tədarükünü şaxələndirmək məqsədilə respublikada Qomel-Qorki magistral neft kəmərinin inşası üçün investisiya layihəsi həyata keçiriləcək.

Bu barədə Belarus dövlət başçısının mətbuat xidmətindən bildirilib.

Müvafiq sərəncamı aprelin 29-da Belarus prezidenti Aleksandr Lukashenko imzalayıb.

Məlumatda deyilir ki, neft kəmərinin layihələndirilməsi və inşası üzrə sifarişçi “Gomeltransneft Drujba” ASC tərəfindən təyin edilib.Kəmərin baş layihəçi və podradçı təşkilatı isə “Belorusneft” İstehsalat Birliyidir.

Dövlət və yerli özünüidarəetmə orqanlarına tapşırılıb ki, obyektin inşasında sifarişçiyə kömək etsinlər və lazım gələrsə sifarişin icrası üçün başqa tədbirlər görsünlər.

Mənbəİnterfax
Son xəbərlər
Digər xəbərlər