14 C
Baku
Thursday, April 25, 2024

Belarusun “Telegram” kanalı iki gündə Avropanın ən böyük kanalına çevrildi

Belarusun “NEXTA Live” adlı “Telegram” kanalının abunəçi sayı 1 milyonu keçib. Qeyd edildiyi kimi, son iki gündə bu kanala 600 000 nəfər abunə olub. Nəticədə o, Avropadakı ən böyük xəbər kanalına çevrilib. Xatırladaq ki, daha əvvəl lider “Mash” kanalı olub.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Belarusdan gələn xəbərlərə maraq, keçmiş prezident seçkiləri və kütləvi etirazlarla izah olunur. Mediada yayılan məlumatlara görə, artıq üç gündür ölkənim hər yerində İnternet bağlantısı və mobil rabitə ilə bağlı problem yaşanır. Ölkə hakimiyyəti bunda kiberhücumları günahlandırır, lakin ekspertlər bağlantının ölkə hakimiyyəti tərəfindən, xüsusən etirazçıların koordinasiyasına mane olmaq üçün təşkil olunduğunu ehtimal edirlər.

Nəticədə “Telegram” kanalları ölkədə baş verənlər barədə ən vacib məlumat mənbələrindən birinə çevrildi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər