10 C
Baku
Saturday, November 23, 2024

Belarusun xarici işlər naziri Rusiyaya səfər edəcək

Belarusun xarici işlər naziri Sergey Aleynik Rusiyaya səfər edəcək.

Bu barədə Rusiyanın Minskdəki səfiri Boris Qrızlov məlumat verib.

Səfir qeyd edib ki, rəsmi səfər 16-17 may tarixlərində baş tutacaq.

Aleynikin səfər çərçivəsində Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşü gözlənilir.

Diplomat onu da əlavə edib ki, səfər zamanı hər iki ölkənin XİN nümayəndələrinin məhdud və geniş tərkibdə görüşləri nəzərdə tutulub.

Son xəbərlər
Digər xəbərlər