Belçika qəti olaraq bank sirrindən imtina etdiyini və vətəndaşlarının öz əcnəbi hesablarındakı vergi xidməti barədə məlumatları bildirməli olduqlarını elan etdi.
Bazar ertəsindən etibarən qüvvəyə minən qanuna əsasən, bütün fiziki şəxslər – Belçikanın vergi rezidentləri əcnəbi ölkələrdə sahib olduqları bank hesabları haqqında məlumatları təqdim etməli olacaqlar.
Həmçinin qanuna əsasən, Belçikada fəaliyyət göstərən banklar və maliyyə təşkilatları öz baza məlumatlarına tək fiziki şəxslərin deyil, hüquqi şəxslərin də məlumatlarını əlavə edəcək. Buraya onların hesab nömrələri də daxil olacaq. 2015-ci ildən etibarən isə bu məlumat bazasına ipoteka da daxil olmaqla kredit müqavilələri, həmçinin daşınmaz əmlak və avtomobil üzrə lizinq razılaşmaları da daxil ediləcək.
Belçikanın vergi orqanları bu məlumat bazasına sərbəst girişə malik olacaq və bu məlumatları digər Aİ dövlətləri ilə bölüşə biləcək.
Belçika maliyyə orqanlarının hesablamalarına görə, 2012-ci ildə krallığın 96,2 min vətəndaşı ölkə sərhədlərindən kənarda hesaba malik idilər.