2 C
Baku
Saturday, December 14, 2024

Belçika Çindən gələn sərnişinlər üçün məcburi COVID testi tətbiq edir

Belçika Avropa Komissiyasının tövsiyəsi əsasında Çindən Avropaya gələn insanlar vasitəsilə koronavirusun yayılmasının qarşısını almaq üçün əlavə sanitar, gigiyenik və təşkilati tədbirlər görəcək Avropa ölkələrinə qoşulur.

Bu barədə Belçikanın VRT nəşri məlumat yayıb.

“Belçikanın səhiyyə naziri Frank Vandenbrok, Çindən gələn sərnişinlər üçün qoruyucu maskalardan istifadəni və təyyarələrin tullantı sularının koronavirus ştamları üçün sınaqdan keçirilməsini tövsiyə edən Avropa qərarını təqdir edir. Çindən gələn insanlara mənfi COVID-19 testləri təqdim etmək tövsiyə olunur”, – deyə məlumatda bildirilir.

Sabah Belçika hava limanlarında Çindən birbaşa uçan təyyarələrin çirkab sularının sınaqdan keçirilməsi ilə bağlı sınaq başlayacaq.

Son xəbərlər
Digər xəbərlər