7 C
Baku
Wednesday, December 25, 2024

Belçika haqqında bilmədiyimiz faktlar

1. Belçikada 800-dən artıq növdə pivə istehsal olunur.

2. Bu ölkə dünyada ən çox əhali sıxlığına malik ölkələrdən biri hesab olunur – kvadrat kilometrə 320 insan.

3. Orta statistik Belçikalı il ərzində demək olar ki, 150 litr pivə içir.

4. Hər il Belçikada 220 min ton şokolad istehsal edirlər, bu isə il ərzində adam başına 22 kq şokolad deməkdir. Bu rəqəm onu göstərir ki, sıravi Belçika vətəndaşı gün ərzində 60 qram şokolad yeyir.
Daha bir maraqlı fakt odur ki, Brüssel milli hava limanı təkcə Belçikada deyil, həm də dünyada ən böyük şokolad satışı məntəqəsidir.

5. Dünyada ilk pivə akademiyası 1999-cu ildə Xerk-de-Stad şəhərində (Limburq əyaləti¬ ) açılıb.

6. 2002-ci ildə Belçikada evtanziyaya (həyatdan könüllü getmək) rəsmi (leqal) icazə verilib. Məhz bununla əlaqədar olaraq Belçikada gün ərzində 7 insan öz həyatını sui-qəsd (intihar) ilə başa vurur.

7. Bütün inkişaf etmiş Avropa ölkələri içərisində sürətli qidalanma restoronları (MakDonalds) ən az məhz Belçikadadır. Məsələn, Almaniya və Fransada MakDonalds restoranlarının sayı Belçika ilə müqayisədə iki dəfə çoxdur. Yaponiyada bu rəqəm 4, ABŞ-da isə 7 dəfə fərq edir.

8. Belçika öz vətəndaşları üçün elektron şəxsiyyət vəsiqələri tətbiq edən ilk ölkədir. Bu qərar 2003-cü ildə qəbul olunub.

9. Belçikada 18 yaşı tamam olmuş hər bir vətəndaş öz üzərində 3 qramdan artıq olmamaq şərti ilə çətənə gəzdirmək hüququna malikdir.

10. Belçika yeganə ölkələrdəndir ki, burada vətəndaş 18 yaşına qədər təhsil almağa borclu – məcburdur..

11. Yetkinlik yaşına çatmış bütün Belçika vətəndaşları seçkilərdə iştirak etməyə və səs-verməyə borclu –məcburdurlar.

12. Belçika xarici-əcnəbilərə verilən vətəndaşlıq sayına görə dünyada ikinci yerdə dayanır. Artıq neçə illərdir ki, yeni vətəndaşların sayına görə ilk yeri Kanada tutur.

13. 1763-cü ildə Belçikanın Spa şəhərində Avropa ərazisində ilk kazino açılmışdır.

14. Günün gecə vaxtı ərzində Belçika avtomagistralını Aydan görmək mümkündür. Bu bütün trasların mükəmməl işıqlandırma sistemi sayəsində mümkün olmuşdur.

15. Bilyard şarlarının dünya istehsalının 80% -i məhz Belçikada yerləşir.

16. Maraqlı fakt: Belçika bir kvadrat kilometrə düşən avtomobil sayına görə dünyada üçüncü yeri tutur. İlk yerləri isə müvafiq olaraq Niderland və Yaponiya öz aralarında paylaşır. Amma ki, dəmir yollarının sıxlığına görə Belçika şəriksiz liderdir.

17. Belçikada ailələrin 98%-i kabel televiziyasına malikdir – dünyadakı ən yüksək faiz göstəricisi.

18. Dünyanın almaz emalının ən böyük mərkəzi də Belçika hesab olunur, bu ölkə neft-kimya sənayesinə görə isə dünyada ikinci yeri tutur.

19. Belçikanın şəhər əhalisinin miqdarı 97% təşkil edir, bu dünya üzrə ən böyük göstəricilərdən biridir.

20. Belçikada əhalinin orta ömür davamiyyəti 79.22 ilə bərabərdir.

21. Belçikada əhalinin emiqrasiyası sadəcə müşahidə olunmur. Çünki burada həyat səviyyəsi olduqca yüksəkdir.

22. Keçirilən sorğular göstərir ki, Belçika əhalisinin böyük əksəriyyəti – 92% demək olar ki, evdə oturmur. Əsas qidalanma obyektləri restoran və kafelərdir. Bu göstəricilərə görə Belçika dünyada ən ön sıralara gedir.

23. Saksofon Belçikada 1840-ci illərdə kəşf olunub. Onu məşhur musiqiçi və dizayner Adolf Saks ixtira etmişdir.

24. İlk çap qəzetləri 1605-ci ildə məşhur Antverpen şəhərində dərc olunub – bura Belçikanın turistlər arasında olduqca yaxşı tanınmış şəhərlərindən biridir.

25. Dünyaya ilk gəldiyində ən ağır çəkiyə malik olmuş körpə də məhz Belçika vətəndaşı olub – Semuel Timmermanın doğularkən malik olduğu çəki 5,4 kq, boyu isə 57 sm idi.

26. Belçikalılar ilk dəfə “praline” şokolad növünü hazırlayıb – bu dünyada ən populyar şokolad çeşidlərindən hesab olunur.

27. Avropanın ən hündür vətəndaşı da vaxtı ilə Belçikalı olub. Alen Delanoisin boyunun hündürlüyü metr 30 sm təşkil edir.

28. Məşhur Belçikalı rəssam Yan van Eyk yağlı boya ilə təsvirin ixtiraçılarından biri hesab olunur.

29. Belçika dünyada ən çox komiks istehsal edən ölkələrdən biridir.

30. Tyo şəhərinin yaxınlığında, Belçikanın Eno adlı əyalətində, dünyada gəmilərin qaldırılması üçün böyük lift yerləşir (onun hündürlüyü 73,15 mer təşkil edir).

31. Belçikada məcburi nikah bağlamaq və ərə getmək qadağandır. Belə nikahlara görə cinayət məsuliyyəti tətbiq edilir.

32. Antverpendə dünyanın həcminə görə dördüncü ən nəhəng dəniz limanı yerləşir.

33. Belçikada ailələrin 93%-i it, pişik və ya digər ev heyvanı saxlayır.

34. Belçikanın 3 rəsmi dili vardır. Ölkənin şimalı hissəsi Niderland, cənubu –fransız, çox da böyük olmayan şərqi hissəsi isə -alman dilində danışır. Belçikanın paytaxtı olan Brüssel şəhərində əsasən sakinlər niderland, fransız və ingilis dillərində danışırlar. Ona görə də bir çox belçikalılar eyni anda iki-üç dildə sərbəst danışa bilirlər.

Son xəbərlər
Digər xəbərlər