10 C
Baku
Saturday, November 23, 2024

Belçika hökumət telefonlarında “TikTok”a qadağa qoydu

Belçika Milli Təhlükəsizlik Şurası Çinin tətbiqi olan “TikTok”un dövlət işçilərinin iş telefonlarında istifadəsinə qadağan qoyub.

“Biz sadəlövh ola bilmərik: “TikTok” Çin şirkətidir və indi Çin kəşfiyyat agentlikləri ilə əməkdaşlıq etməlidir”, – deyə Belçika Baş naziri Aleksandr de Kroo bildirib.

Belçikanın bu qadağası ölkənin kəşfiyyat xidmətləri tərəfindən aparılan risk təhlili və milli kibertəhlükəsizlik mərkəzinin tövsiyələrinə əsaslanır.

Qadağa altı ay müddətinə qüvvədə olacaq, bundan sonra Belçika hakimiyyəti öz tövsiyələrini yenidən nəzərdən keçirəcək.

Son xəbərlər
Digər xəbərlər