9 C
Baku
Sunday, December 22, 2024

Belçika höküməti “əmək islahatı” ilə bağlı razılığa gəldi: 4 günlük iş həftəsi, işdən sonra e-maillərə baxmamaq hüququ

Belçika hökumətinin razılaşdığı “əmək islahatı”na işçilərin hüquqları ilə bağlı müxtəlif məsələlərdə yeniliklər daxildir.

Banker.az xarici mətbuata istinadən xəbər verir ki, işçilərin iş vaxtını gündə 10 saata çatdıraraq həftədə 4 gün işləməyə imkan verən təkliflə bağlı yekun razılıq əldə edilib. Razılaşdırılan digər məsələ isə işçilərin iş saatları xaricində iş yerindən onlara göndərilən e-mail və internet mesajları kimi bildirişlərə cavab verməmək hüququ olub.

Hökumətin əmək islahatları paketinə 2030-cu ilə qədər məşğulluğun 80%-ə çatdırılmasına yönəlmiş bəzi qaydalar da var. Bu çərçivədə internetdən satış həyata keçirən işçilərin hüquqlarının artırılması, işçilərin əlavə təhsil hüququ, e-ticarət işçilərinin çevik iş hüquqları (məsələn, gecə işləmək) kimi yeniliklər də islahatlar paketinə daxildir.

Son xəbərlər
Digər xəbərlər