19 C
Baku
Sunday, May 19, 2024

Belçika kralı və kraliçası Ukraynadan olan üç qaçqın ailəsini qəbul edəcək

Belçika kralı və kraliçası Filip və Matilda kral xeyriyyə fonduna məxsus binalarda ukraynalı qaçqınların ailələrini yerləşdirmək niyyətindədirlər.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Belçikanın “RTBF” telekanalının məlumatına görə, üç ailəyə iki mənzil veriləcək.

“Bunlar ilkin məqsədi aşağı gəlirli insanların yerləşdirmək üçün nəzərdə tutulan mənzillərdir. “Royal Donation” fondu vasitəsilə nail olmaq istədiyimizə yaxşı uyğun gələn bir missiyadır”, – mesajda bildirilib.

Vurğulanır ki, mənzillər kiçik təmir və əşyalarla təmin olunduqdan sonra aprelin əvvəlindən yaşayışa veriləcək.

Bundan əvvəl Britaniya hökuməti altı ay ərzində Ukraynadan olan qaçqınları qəbul edənlərə hər ay 350 funt sterlinq (456 dollar) ödəyəcəyini açıqlamışdı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər