28 C
Baku
Wednesday, June 26, 2024

Belçika Ukraynaya əlavə €8 mln. ayırır

Belçika hökuməti Ukraynaya əlavə 8 milyon avro ayırıb, vəsait gecəgörmə cihazları və hərbi qulluqçular üçün qış geyimlərinin alınmasına sərf olunacaq. Bu barədə avqustun 25-i “Belga” agentliyi məlumat yayıb.

Bildirilir ki, pullar NATO kanalları vasitəsilə təqdim ediləcək. Lazım gələrsə, Ukraynaya dərmanlar da veriləcək. “Qarşıdan gələn qış bu münaqişədə potensial olaraq həlledici ola bilər. Müqaviməti davam etdirmək üçün Ukrayna silahlı qüvvələrinin lazımi texnikaya malik olması vacibdir”, – deyə Belçikanın xarici işlər naziri Andji Lyabib söyləyib.

Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

Avqustun 24-ü ABŞ Prezidenti Co Bayden Ukraynaya daha bir böyük hərbi yardım paketinin ayrıldığını elan edib. Ağ Ev administrasiyası izah edib ki, təxmini hesablamalara görə məbləğ 2.9 milyard dollara çatır.

Həmin gün Böyük Britaniyanın baş naziri Boris Conson Ukraynaya Müstəqillik  Günü münasibətilə səfəri zamanı 200 PUA, 850 mikrodron və sursatdan ibarət ümumi dəyəri 54 milyon funt sterlinq olan yeni hərbi yardım paketini açıqlayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər