-1 C
Baku
Sunday, December 15, 2024

Belçikada koronavirusun yeni dalğası başlayıb

Belçikada koronavirusa yoluxmaların yeni dalğası başlayıb.

Bunu Belçikanın İctimai Səhiyyə İnstitutu bildirib.

Qeyd olunur ki, yeni dalğa ötən həftə başlayıb. Belə ki, ötən həftə ərzində yoluxma sayı əvvəlki həftə ilə müqayisədə 26 faiz, xəstəxanaya yerləşdirmə halları 28 faiz artıb.

Mütəxəssislər yoluxma pikinin oktyabrın ortalarında qeydə alınacağını proqnozlaşdırır.

Ölkə ərazisində yoluxanların 92.3 faizində “Omicron BA.5” ştammı qeydə alınır.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər