22 C
Baku
Thursday, September 29, 2022

Belçikada onlayn ticarət qadağan edilə bilər

Belçikada elektron ticarətin ləğvi məsələsi fəal şəkildə müzakirə olunur.

Məsələ hökumət koalisiyasında yer alan Sosialist Partiyasının lideri Pol Maqnetin təşəbbüsü ilə gündəmə gəlib.

O, elektron ticarətin tərəqqi deyil, sosial və ekoloji deqradasiya olduğunu bildirib.

“Niyə işçilərin gecələr bu anbarlarda işləməsinə icazə verməliyik? Çünki insanlar gecə-gündüz alış-veriş etmək və bağlamalarının 24 saat ərzində çatdırılmasını istəyirlər”, – deyə bəyan edib.

Onun bu ifadələri siyasi rəqibləri tərəfindən çoxsaylı tənqidlərə məruz qalıb.

Qeyd edək ki, Avrostatın məlumatına görə, 2021-ci ildə 16-74 yaş arasında olan belçikalıların 75 faizi onlayn alış-veriş edib. Avropa İtttifaqında internet ticarətin populyarlığına görə 91%-lə Danimarka liderlik edir. Ən aşağı göstərici isə 33% olmaqla Bolqarıstandadır.

 

 

Son xəbərlər
Oxşar xəbərlər