6 C
Baku
Sunday, December 15, 2024

Belçikanın ikinci ən böyük hava limanı ölkədən uçuşları dayandırır

Belçikanın ikinci ən böyük hava limanı Şarlerua sərnişinlərin yoxlanılmasını təmin edən “Security Masters” şirkətinin təhlükəsizlik işçilərinin tətili səbəbindən ölkədən uçuşları dayandırır.

Bu barədə hava limanının administrasiyası məlumat yayıb.

Müvafiq qərar oktyabrın 19-dan qüvvəyə minir. Buna baxmayaraq, ölkəyə gələnlər üçün hava limanı adi rejimdə çalışacaq.

Daha əvvəl Şarlerua hava limanı oktyabrın 18-ə planlaşdırılan uçuşların dayandırıldığını elan edib. “Belqa” xəbər agentliyinin məlumatına görə, şirkətin mühafizəçiləri ixtisarlar olacağından ehtiyat edərək tətilə başlayıblar.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər