12 C
Baku
Monday, November 25, 2024

Belçikanın xarici işlər naziri istefa verdi

Belçikanın xarici işlər naziri və baş nazirin müavini Sofi Vilmes istefa verib.

Bu barədə Belçika hökuməti məlumat yayıb.

Vilmes bundan əvvəl həyat yoldaşına beyin xərçəngi diaqnozu qoyulduğunu bildirib və aprel ayında ona qulluq etmək üçün müvəqqəti olaraq vəzifəsini tərk edib.

“Ərimin xəstəliyi çətin mübarizə olacaq, onunla və uşaqlarımızla birlikdə müharibə aparmaq istəyirəm. Hökumətdəki hazırkı vəzifələrim bunu etməyə icazə vermir”, – deyə o qeyd edib.

Son xəbərlər
Digər xəbərlər