10 C
Baku
Wednesday, December 11, 2024

“Beluga Group” brendindən istifadə hüququnu 75 mln. dollara satıb

Rusiyanın ən böyük alkoqol şirkətlərindən biri olan “Beluga Group” ölkə xaricində brendindən istifadə hüquqlarını 75 milyon dollara satıb. Qərara geosiyasi vəziyyət təsir edib – ixrac çətinləşib, bir neçə ölkə ilə əməkdaşlıq dayandırılıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bildirilir ki, şirkət sanksiyalar fonunda Riqadakı anbarını bağlamalı olub. “Beluga Group” izah edir ki, bütün amilləri nəzərə alaraq, beynəlxalq bazarda tam hüquqlu iş mümkünsüz olub.

“Beluga Group” hesab edir ki, bu müqavilə likvidliyi yaxşılaşdırmaq və şirkətin cari dividend siyasətini davam etdirmək imkanını verəcək.

2021-ci ildə “Beluga” arağının ixracı “Beluga Group”un gəlirlərinin 4%-ni, fiziki istifadə isə ümumi tədarüklərin 2%-ni təşkil edib. Buna görə də, beynəlxalq brendin satışı şirkətin ümumi maliyyə nəticələrinə ciddi təsir göstərməyəcək.

Son xəbərlər
Digər xəbərlər