18 C
Baku
Wednesday, April 24, 2024

Bencamin Franklindən 8 dərs

Bencamin Franklinin bütün həyatı boyu müxtəlif maraqları olmuşdur, bunun da əsas səbəbi onun ehtiraslı təbiəti və hər şeydən baş çıxarmaq niyyəti idi.

O, yazıçı, naşir, diplomat, ixtiraçı, ABŞ-ın əsas qurucusu, onun banilərindən biri idi. Özünü- inkişaf onun qeyri adi və inanılmaz həyatının ayrılmaz bir hissəsi idi. Beləliklə sizə Bencamin Franklindən 8 dərs təqdim edirik. 

1. Az danışın, çox edin (sözə güc verincə, əməlinə güc ver)

Danışmaq demək olar ki, heç nəyə dəymir. Bəzi insanlar ucsuz-bucaqsız şəkildə etmək istəkləri işdən danışırlar, amma əksər hallarda demək olar ki, heç bir işin qulpundan yapışmırlar. Bu isə o deməkdir ki, düşündüklərinizi həyata keçirmək üçün siz fəaliyyətə keçməlisiniz, siz qarşınızda duran bütün həll edilməli məsələləri tam aydın şəkildə görməlisiniz.

2. Bu günün işini sabaha qoyma. Bu gün edə biləcəyin işi sabaha saxlama

Biz hamımız bu ifadəni uşaqlıqdan əzbər bilirik . Bencamin Franklin həyatda çox şeyə həm də ona görə nail ola bilib ki, o demək olar ki, heç vaxt tərəddüd etməyib. O, qəti və aydın hədəfləri olan bir insan idi və daimi gərgin əməyi nəticəsində bu hədəflərə nail olurdu. Düşünün, sizin üçün bu gün edilməsi vacib olan işlərdən hansını, siz müntəzəm olaraq sabaha təxirə salırsınız.

3. Uğursuzluqlara hazır olun

Məqsədə nail olmaq üçün mütləq plan lazımdır. Amma o, realistik olmalı və gözlənilməz, ehtimal etmədiyiniz hadisələri də nəzərə almalıdır. Axıra qədər ilkin tərtib olunmuş plana kor-koranə əməl etmək olmaz. Necə ki, həyat sizə öz sürprizlərini təqdim edir, siz də mütəmadi olaraq öz planınıza dəyişiklik etməlisiniz. Buna görə də öz məqsədinizə doğru gedən yolda elastik və zirək olun. Necə deyirlər, ən yaxşısına ümid edən, amma ən pisinə də hazır olun.

4. Dəyişikliklərə müqavimət göstərməyin

Bizlərdən çoxu dəyişiklikləri sevmir, bəziləri isə dəyişiklik olmadan qabağa heç bir addım da ata bilmir. Dərk etmək lazımdır ki, bu bizim həyatda qaçılmaz, labüd bir faktordur. Biz onlara qarşı nə qədər çox və güclü müqavimət göstərsək, bir o qədər çox vaxt və həyat enerjisi sərf etmiş olarıq. Bu gərəksiz mübarizəyə son qoyun, istənilən bir dəyişiklikdə pozitiv bir nüans tapmağa çalışın.

5. Faydasız işdən uzaq olun

Heç vaxt hərəkəti fəaliyyət ilə səhv salmayın. Biz həmişə nə iləsə məşğuluq, amma bizim gördüyümüz işlərin hamısı vacibdirmi? Sizin etdikləriniz günün sonunda hiss ediləcək nəticə verirmi, siz bu zaman məmnunluq hissi yaşayırsınızmı? Sizin hər bir fəaliyyətinizin məna kəsb etməlidir. Elə şeylər etməyə çalışın ki, onun həqiqətən də bəhrəsini görə biləsiniz.

6. Səhv etməkdən qorxmayın

Bəzən insan səhv etməkdən o qədər qorxur ki, ümumiyyətlə yeni heç nə etmir, yenilikləri sınaqdan keçirməkdən çəkinir. Qorxu insanı komfort zonasına sığınmağa məcbur edir, bu isə onu getdikcə zəiflədir. Risk və öz səhvlərini etməyə hazır olmaq –uğura gedən yolda sizin əsas silahdaşınızdır.

7. İstənilən bir imkandan iki əlli yapışın

Ətrafımıza diqqətlə nəzər yetirsək kifayət qədər şans və imkanlar olduğunu görərik. Həyatda uğur qazanmaq üçün bu şanslardan cəld və vaxtında, verilən anda istifadə etməyi bacarmaq lazımdır. Hər hansı bir işin alınıb-alınmayacağı haqqında düşünməkdənsə, özünüzə belə sual verin: “Bəs, əgər…?”

8. Heç vaxt təslim olmayın

Hədəfə nail olmaq, həqiqətən də çox çətin və üzücü ola bilər. Həmişə elə anlar olur ki, insan hər şeyi atmaq istəyir. Insanın enerji ehtiyatı və həyat eşqi sıfıra bərabər olur. Özünüzü nə isə etməyə məcbur etmək üçün yataqdan güclə qalxırsınız. Amma ki, hətta bu xoşagəlməz məqamların heç birində, heç bir çətinliyi və uğursuzluğa rəğmən təslim olmayın, günü-gündən qabağa gedin. Çünki gec ya tez, onsuz da hər şey yoluna düşəcək. Həmişə özünüzə inanın, bu sizə müvəqqəti zəifliyə baxmayaraq, öz hədəfinizə doğru irəliləməyə güc verəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər