26 C
Baku
Tuesday, April 30, 2024

Benjamin Franklindən həyat dərsi

1. Az danışıb çox iş görün

Boş danışıqlar demək olar ki, dəyərsizdir. Bir çox insanlar etmək istədikləri işlər barədə uzun-uzadı danışır, lakin işə başlamırlar. Buna görə də, düşünülmüş ideyanı reallaşdırmaq üçün qarşınızdakı tapşırıqları görüb hərəkətə keçmək lazımdır. 

2. Bu gün edilməsi mümkün olan işi sabaha təxirə salma

Biz hamımız bu sözü lap uşaqlıqdan eşitmişik. Benjamin Franklin öz həyatında bir çox şeyi heç vaxt tərəddüd etməməsi sayəsində nail olmuşdu. O dəqiq məqsədlərə sahib insan idi və daimi və zəhmətli işlə bu məqsədlərə nail olurdu. Bu gün üçün sizə vacib olan işlər barədə düşünün və sabaha təxirə salmağın nə dərəcədə faydalı olacağına qərar verin.

3. Uğursuzluqlara hazır olun

Məqsədə nail olmaq üçün mütləq plan lazımdır.  Lakin bu plan reallığı əks etdirməli və gözlənilməz haidəsləri də nəzərə almalıdır. İlk plana heç bir dəyişiklik etmədən onunla kor-koranə sona qədər getmək mümkün deyil. Planda mütləq dəyişikliklər edilməlidi, axı həyat daim öz düzəlişlərini edir. Buna görə də, öz məqsədinizə doğru getdikdə sərt olun və necə deyərlər yaxşıya ümid edin, lakin pisə hazır olun.

4. Dəyişikliklərə müqavimət göstərməyin

Bir çoxlarımızın dəyişikliyi sevmədiyi halda, bir çoxlarımız onsuz yaşaya bilmir. Başa düşmək lazımdır ki,  həyatda onlar qaçılmazdır və nə qədər sərt müqavimət göstərsək, daha çox vaxt və həyat enerjisi itirmiş oluruq. Bu lazımsız mübarizəyə son qoyun və istənilən dəyişiklikdə nə isə müsbət bir cəhət axtarın.

5. Faydasız işdən uzaq olun

Heç vaxt hərəkəti fəaliyyətlə səhv salmayın. Biz daim nə iləsə məşğuluq, lakin bütün bu işlərin hamsı o dərəcədə vacibdirmir? Günün sonunda bu işlər əla nəticə qazandırırmı və yaxud özünüzdə məmnunluq hissi yaradırmı? Hər bir işiniz müəyyən məna daşımalıdır. Həqiqətən bəhrə verən işlərlə məşğul olun.

6. Özünüzə səhv etmək şansı verin

Əgər biz səhv etməkdən qorxuruqsa, yeni bir şeyləri sınaqdan keçirməkdən də qorxmağa başlayırıq. Qorxu insanı öz rahatlıq zonasında ilişib qalmağa məcbur edərək, onu zəif edir. Risk və şəxsi səhvlərə hazırlıq – uğura gedən yolda ən yaxşı bələdçidirlər.

7. İstənilən imkanı dəyərləndirin

Əslində ətrafımızda çoxlu sayda imkanlar var. Həyatda irəli getmək üçün hazırda bizə verilən şanslardan tez bir şəkildə istifadə etmək lazımdır.  Nəyinsə alınmayacağını düşünmək əvəzinə özünüzə bu sualı verin: “bəs alınsa…”

8. Heç vaxt təslim olmayın

Məqsədlərə nail olmaq bəzən həqiqətən yorucu ola bilər. Bəzən hər şeyi atmaq istədiyin gün gəlir. Həyat enerjisi sıfıra yaxınlaşdıqda özünüzü nə isə etməyə məcbur edirsiniz.

Lakin bütün bu xoşagəlməz vəziyyətlərdə belə günbəgün irəli gedin. Çünki onsuzda əvvəl axır hər şey yoluna düşəcək. Hər zaman özünüzə inanın – bu müvəqqəti zəifliyə baxmayaraq məqsədinizə doğru getmək üçün sizə güc qazandıracaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər