1. Mən sınaq zamanı uğursuzluqla üzləşmədim, sadəcə onu yanlış etməyin 100 üsulunu kəşf etdim.
2. Xidmətlərinizə görə müəyyən olunmuş mükafatların kimə qismət olacağı barədə həyəcan keçirməsəniz hər şeyə sahib olacaqsınız.
3. Tabe olmayan, əmr də edə bilməz.
4. Bir çox insan məmnunluğu aldıqlarını düşünürlər. Əslində isə onlar özlərini ona satırlar.
5. Bəziləri 25 yaşında ölsələrdə, qəbirə 75 yaşında qoyulur.
6. Hər zaman öz çatışmazlıqlarınla mübarizə apar, qonşularınla sülh şəraitində yaşa və hər yeni il özündə yaxşı insanı kəşf et.
7. Zənginliyin ona sahib olmasına icazə verən şəxs heç də varlı deyil.
8. Vəfat etdikdən sonra insanların səni unutmasını istəmirsənsə ya layiqli kitablar yaz, ya da elə əməllər icra et ki, onlar haqqında kitablarda yazsınlar.
9. Şüşə, çini və nüfuz asanlıqla zədələnir və heç vaxt bütünlüklə bərpa olunmur.
10. Yadda saxlayın ki, pullar çoxalmaq iqtidarındadır.