22 C
Baku
Friday, April 19, 2024

Benjamin Graham: “Ağıllı” investor necə olmalıdır?

1. “Ağıllı investor səhmləri pessimistlərdən alıb optimistlərə satan realistdir”.

2. “Demək olar ki, hər bir investor bu və ya digər sənayenin ən yaxşı olduğuna və sərmayə qoyulması lazım olduğuna qərar verdikdə, səhmlərin qiyməti o qədər şişirdilir ki, gələcək qazanca düşməkdən başqa bir şey qalmır”.

3. “Ağıllı investor başa düşür ki, artan qiymətlər səhmləri daha riskli edir və əksinə – düşən qiymətlər bu riski azaldır”.

4. “Həmişə spekulyativ və investisiya əməliyyatları üçün fərqli hesablardan istifadə edin və bu anlayışları heç qarışdırmayın”.

5.”Vurğu sadə portfel siyasətinin faydalarına, yəni birinci dərəcəli istiqrazlar və iri şirkətlərin səhmləri vasitəsilə şaxələndirilmiş portfelin formalaşmasına yönəldilir. İstənilən investor minimal investisiya köməyi ilə belə bir investisiya siyasətini həyata keçirə bilər”.

6. “Bazarı izləyən insanlardan heç biri hər zaman və ya heç olmasa uzun bir müddətdə bir qazanc əldə edə bilmir. Bu yanaşmanın məşhur olduğu qədər səhv olduğundan əminik”.

7. Yalnız investisiya deyil, spekulyasiyalar da məqbul ola bilər. Sonuncular ağlabatan deyil, əgər: 1) İnvestor investisiya etdiyini düşünür, amma əslində spekulyasiya ilə məşğuldur; 2) İnvestor müvafiq bilik və təcrübə olmadan böyük əməliyyatı həyata keçirir və 3) İnvestor, uğursuzluq halında itirə biləcəyi qədər daha əhəmiyyətli investisiya tələb edən riskli bir spekulyativ əməliyyat keçirir”.

8. “Bazara əks istiqamətdə hərəkət edin. İnvestorlar birjanın uzunmüddətli müvəffəqiyyəti ilə bağlı nə qədər çox həvəsli olurlarsa, qısa müddətdə səhv etmək ehtimalı daha da yüksəlir”.

9. “Yalnız bir şərtlə investisiya edin ki, səhmləri aldıqdan sonra onların bazar qiymətləri barədə gündəlik məlumat almasanız belə sakit ola biləcəksiniz”.

10. “İnvestorlar axmaq olduqları üçün pul itirmirlər. Sadəcə Nyuton kimi, onlar da öz duyğularının öhdəsindən gələ bilmirlər. Öz duyğularını idarə edə bilməyən insan investisiya sahəsində uğurlu ola bilməz”.

11. “Əsassız nikbinlikdən əsassız pessimizmə və əksinə – bazar da belə dəyişir”.

12. “Əsassız həvəs yaxşıdır, amma Uol-Stritdə yox. Əks halda fəlakət ola bilər”.

13. Uğurlu sərmayəçi olmaq üçün yüksək IQ, qeyri-adi biznes strategiyalar və ya insayder məlumatlara ehtiyac yoxdur”.

14. “Heç vaxt əhəmiyyətli qiymət artımından dərhal sonra səhmləri satın almayın və əksinə”.

15. “İnvestor və Spekulyant arasındakı fərq, onların birjanın dəyişkənliyinə olan münasibətdədir. Spekulyant pul qazanmaq üçün, investor isə uyğun qiymətə qiymətli kağız alıb əldə saxlamaq birjada baş verən dəyişiklikləri qabaqcadan müəyyən etməyə çalışır”.

Son xəbərlər
Digər xəbərlər