13 C
Baku
Friday, November 22, 2024

Bentley Walter Owen – məşhur avtomobillərin yaradıcısı

Bentley Walter Owen – görkəmli ingilis konstruktor və sahibkar idi. O 1888-ci ildə Londonda doğulub.

Bentley öz məşhur avtomobillərini yaratmamışdan öncə də məşhurluq qazanmışdı. O karyerasını İngiltərədə az tanınan DFP adlı fransız şirkətində başlamışdı.

İlk 4 silindrli və 3 litr həcmli motora sahib avtomobili Bentley öz kolleqası F. T. Burgess və Henry Varley ilə birgə yaratmışdı. 1919-cu ildə isə öz adı ilə Bentley adlandırdığı avtomobil şirkətinin əsasını qoydu.

bentley 3 litre large 36095

1919-cu ilin payızında isə avtomobil Londonda bir avtosalonda nümayiş etdirildi. Avtomobil haqqında pis heç nə deyilməməsinə baxmayaraq, böyük səs-küyə səbəb olmadı. Avtomobil yalnızca 1921-ci ildən etibarən ardıcıl olaraq buraxılmağa başladı.

Bentley Continental GTC V8 1

30-cu illərdə Bentley şirkəti Rolls-Royce brendi tərkibinə daxil olur. Formal planda müstəqilliyin itirilməsi növbəti avtomobillərin istehsalında nə keyfiyyətin azalmasına, nə də prestijin enməsinə səbəb olmadı. İndi Bentley SS Cars – silent sport cars (səssiz idman avtomobili) adını daşıyırdı.

800px Bentley Continental GT

İki şirkətin birləşdirilməsi Bentley şirkətinin xeyrinə oldu və onun avtomobilləri yüksək siniflərə mənsub avtomobillər içərisində liderə çevrildi. Avtomobillər arasındakı fərq ideyada idi. Rolls-Royce avtomobillərində əsas ideya: özü arxa oturacaqda oturan, avtomobili isə sürücüsü idarə edən varlı şəxslər üçün avtomobil. Bentley isə əksinə olaraq sükan arxasında özü əyləşən varlı insanlar üçün avtomobil istehsal edirdi.

Son xəbərlər
Digər xəbərlər