Azərbaycan əhalisi 2021-ci ilin birinci rübü ərzində olan avtomobil yanacağının pərakəndə alışının həcmi açıqlanıb.
Banker.az rəsmi göstəricilərə istinadən xəbər verir ki, cari ilin ilk üç ayında əhalinin istehlak etdiyi avtomobil benzinin həcmi 352.12 milyon manat, dizelin isə 156.96 milyon manat təşkil edib.
Cari ildə avtomobil yanacaqlarının pərakəndə dövriyyəsi öncəki ili Aİ-92 benzinində 28.33 mln. manat, yaxud 8.7% artım deməkdir. Bildirək ki, 2020-ci ilin birinci rübü COVID-19 iqtisadi aktivliyə və nəqliyyatın hərəkətinə təsir etməmişdi, cari ildəki bu rəqəmlərin öncəkini qiymət artımlarına görə üstələyib. Bunu Dövlət Statistika Komitəsi məlumat yayır.
Azərbaycan 2021-ci ilin yanvar-mart ayları ərzində 247.4 min ton həcmində Aİ-92 benzini istehsal edib, bu da 2020-ci ildən 96.4 min ton, yaxud 28% azdır.
Hesabat dövründə ölkədə 156.96 milyon manatlıq avtomobil dizeli əhaliyə pərakəndə satılıb. Bu öncəki ilin eyni dövrü ilə müqayisədə 15.17 milyon manat (11%) artım deməkdir.
Eyni olaraq Azərbaycanda istehsal edilən benzinin həcmi də öncəki ildən xeyli azdır. Məsələn, 2020-ci ilin ilk rübündə ölkədə 552.4 min ton həcmində dizel istehsal edildiyi halda bu il bu rəqəm 548.2 min tona düşüb, bu da 0.7% faiz azalma deməkdir.
Xatırladaq ki, Azərbaycanda 2021-ci ilin yanvarında ölkənin qiymətləri tənzimləyən Tarif Şurası litrlə Aİ-92 benzinin qiymətini 0.9 manatdan 1 manata, dizelin qiymətini isə 0.6 manatdan 0.8 manata kimi qaldırıb.