Əsas yanacaq növlərindən biri olan benzinin istehsalı artıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, 2022-ci ilin yanvar-mart ayları ərzində 329.1 min ton benzin istehsal edilib. Bu da ötən dövrlə müqayisədə 33% artım deməkdir.
Qeyd edək ki, ölkədə hazır məhsul ehtiyyatı isə 77.3 min tondur.