20 C
Baku
Wednesday, May 29, 2024

Benzinin qiymət effekti

Son günlər maraqlı bir tendensiya müşahidə edilir. Bəzi ərzaq məhsullarının qiyməti durmadan artmağa başlayıb. Bu məhsullardan xüsusi ilə gözə çarpan yumurta və kartofun qiymətidir. Hazırki qiymətlərlə kartofun qiyməti 1.4 manat, yumurtanın isə qiyməti 14 qəpikdir. Deyilənlərə görə, qiymət artımı daha çox benzinin artımı ilə əlaqədardır.

Amma bu fakt bir az inandırıcı səslənmir – çünki benzinin qiyməti əvvəldə qalxmışdır və onun ərzaq mallarına bu tezlikdə təsiri olmamışdır və ümumiyyətlə bu praktiki cəhətdəndə mümkünsüz bir prosesdir. Çox gümanki işbazlar benzin qiymətinin qalxmağından istifadə edib qısa müddətli gəlir əldə etmək məqsədi ilə yersiz qiymət artımlarına yol verirlər. Nəzərə alsaq ki benzin qiyməti artımı effektinə hələ bir bayram artımıda gələcək, o zamana qiymətlərin hansı səviyyəyə qalxacağı bəzi insanlarda vahimə yaradır.

Hazırda təhlil məlumatları az olduğundan yalnız sözlərlə kifayətlənməli olacağıq. Lakin 1 aydan sonra artıq həm inflyasiya həmdə digər rəqəmlər Mərkəzi bank və Statistika komitəsi tərəfindən açıqlanacaq – qiymət artımı dinamikasını artıq rəqəmlər üzərindən təhlil etmək imkanımız olacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər