20 C
Baku
Bazar, Oktyabr 24, 2021

Benzinin qiymətindəki dəyişiklik bazara təsir etmədi: avtomobillər bahalaşır

Maşın bazarında həm benzinlə, həm də dizellə işləyən avtomobillərin qiyməti artıb. 

Bununla yanaşı, son vaxtlar alıcı qıtlığı yaranıb. Satıcılar deyir ki, Aİ-92 markalı yanacağın qiyməti qiyməti qalxandan sonra dizellə işləyən avtomobillərə tələbat çoxaldığından, bu avtomobillərin qiyməti artıb. Benzinlə işləyən maşınlar artıq çox alınmadığından qiymətin ucuzlaşacağı gözlənilsə də, əksinə olub. Bu avtomobillərin də qiyməti bahalaşıb.

Qiymət artımı həm xarici, həm də Rusiya isehsalı olan avtomobilərdə özünü göstərir. Satıcılar benzinlə işləyən avtomobillərin qiymətinin qalxmasını müxtəlif səbəblərlə izah edirlər.

Satıcıların sözlərinə görə, qiymətdə yenidən artım və ya azalmasının olub-olmayacağı qarşıdakı həftələrdə bilinəcək.

Son xəbərlər
Oxşar xəbərlər