8 C
Baku
Tuesday, March 19, 2024

Benzinin qiymətinə görə ölkələrin TOP 10-luğu

CNBC-nin son hesabatına görə, bu il benzinin qiyməti analitiklər və mütəxəssislərin gözlədiklərindən daha sürətlə artır. Avtomobil sürücüləri yüksək qiymətlərdən şikayət edirlər və bu, dünyanın bir çox ölkələrində müşahidə olunur.

Məsələn, Hong-Kongda benzinin qiyməti Azərbaycan ilə müqayisədə qat-qat yüksəkdir.

GlobalPetrolPrices portalı bezinin qiymətinə görə ölkələrin siyahısını tərtib ediblər. Benzin qallon ilə (bir qallon = 4,55 litr) ölçülüb, qiymət isə dollarla ifadə olunub.

  1. İtaliya

italBir qallon benzinin qiyməti: 6,74 dollar

Bir litr benzinin qiyməti: 1,48 dollar

İtaliya enerjidaşıyıcıları və hidroresurslarla zəngin olan ölkələrdən deyil, burada neft və qaz yataqları, elektrostansiyalar yoxdur.

Buna baxmayaraq, İtaliya inkişaf etmiş dəmir və avtomobil yolları şəbəkəsinə malikdir. Sərnişinlərin 90%, yüklərin isə 80% avtomobil nəqliyyat vasitəsi ilə daşınır.

Daxili yük və sərnişindaşımalarında avtomobil nəqliyyat vasitəsi aparıcı rol oynayır.

  1. Yunanıstan

yunaBir qallon benzinin qiyməti: 6,92 dollar

Bir litr benzinin qiyməti: 1,52 dollar

2019-cu ilin fevral ayının 1-də Yunanıstanda minimum əmək haqqı ayda 650 avroya qədər artırılıb. Bu, böhrandan sonra ilk artmadır.

Qeyd edək ki, ayrı-ayrı adalarda və kəndlərdə benzinin qiyməti fərqli ola bilər, bəzən fərq 20% qədər olur.

 

  1. İsrail

isrBir qallon benzinin qiyməti: 6,93 dollar

Bir litr benzinin qiyməti: 1,52 dollar

İsrail iqtisadi və sənaye inkişafı baxımından Cənub-Qərbi Asiyanın qabaqcıl ölkələrindən biridir.

İsrail əsasən xammal, silah, istehsal vasitələri, emal edilməmiş almazlar, yanacaq və istehlak mallarını idxal edir.

  1. Cənubi-Afrika Respublikası (CAR)

Bir qallon benzinin qiyməti: 7,07 dollar

Bir litr benzinin qiyməti: 1,55 dollar

CAR təbii ehtiyatlarla çox zəngindir – almaz, uran, qızıl, neft, meşə və su ehtiyatları.

Buna baxmayaraq, bu ölkə dünyanın ən kasıb ölkələrindən biridir.

car

6.Niderland

Bir qallon benzinin qiymət: 7,12 dollar

Bir litr benzinin qiyməti: 1,56 dollar

Niderlandın iqtisadiyyatı yaxşı “ada” malikdir, bunun əsas səbəbi isə ölkədə məşhur şirkətlərin, iri firmaların və konsernlərin fəaliyyət göstərməsidir.

Baza sahələrinə gəldikdə, energetikanın adını çəkmək olar. Ölkədə enerji sənaye sahəsi kifayət qədər yaxşı inkişaf etmişdir.

nid

 

  1. Barbados

barbBir qallon benzinin qiyməti: 7,25 dollar

Bir litr benzinin qiyməti: 1,60 dollar

Barbados – həyat səviyyəsi yüksək olan ölkələrdən biridir. Turizm və xidmət sahəsi ölkə iqtisadiyyatının əsasını təşkil edir.

Emal sənayesi mebel, sabun, şəkər qamışı və digər istehlak sahələri ilə məşhur olmuşdur. Burada həmçinin kompüter hissələri də istehsal olunur.

Barbados neft və təbii qaz ilə zəngindir.

  1. Monako

monBir qallon benzinin qiyməti: 7,26 dollar

Bir litr benzinin qiyməti: 1,60 dollar

Monakoda dəmir, avtomobil və hava nəqliyyatı yüksək səviyyədə inkişaf edib.

Ölkədə avtomobil yollarının ümumi uzunluğu 50 km təşkil edir. Ölkədə 7 avtobus marşrutu fəaliyyət göstərir.

Ümumilikdə Monako ərazisində 143 ədəd avtobus dayanacağı var.

  1. Norveç

norBir qallon benzinin qiyməti: 7,38 dollar

Bir litr benzinin qiyməti: 1,62 dollar

Norveç – Şimali Avropanın ən iri neft və qaz istehsalçısıdır.

Ölkə ərazisində mineral ehtiyatlar və böyük ticarət limanı vardır.

Avropanın digər ölkələri ilə müqayisədə Norveçdə inflyasiya və işsizliyin səviyyəsi aşağı səviyyədədir (3%).

  1. İslandiya

Bir qallon benzinin qiyməti: 7,37 dollar

Bir litr benzinin qiyməti: 1,62 dollar

İslandiyanın iqtisadiyyatı Skandinaviya modeli üzərində qurulub və dünyanın ən yüksək inkişaf etmiş iqtisadiyyatlarından biridir.

Ölkədə işsizliyin səviyyəsi aşağıdır, iqtisadi artım tempi isə kifayət qədər yüksəkdir.

hong

1.Hong-Kong

kongBir qallon benzinin qiyməti: 8,41 dollar

Bir litr benzinin qiyməti: 1,85 dollar

Azad bazar, vergilərin aşağı səviyyəsi və dövlətini iqtisadiyyata müdaxilə etməməsi ilə xarakterizə olunur.

Hong-Kong dünyanın ofşor zonalarından biridir, burada əlavə dəyər vergisi yoxdur.

 

Son xəbərlər
Digər xəbərlər