7 C
Baku
Thursday, December 12, 2024

Benzinin qiymətindəki artım son deyil, yenə arta bilər – Rusiyada

Rusiyada 2018-ci ildə benzinin qiyməti 50 rubl həddini keçə bilər.

“Vesti”yə istinadən, ekspertlər Ai-95 markalı benzinin 1 litrinin 53,35 rubl (1,53 manat), Ai-92 markalı benzinin 51,85 rubl (1,49 manat), dizel yanacağının isə 53,15 rubl (1,52 manat) olacağını proqnozlaşdırırlar.

“Univer Capital” investisiya şirkətinin baş direktorunun müavini Dmitri Aleksandrov bildirib ki, ilin sonunda hökumət büdcə gəlirlərinin artırılması üçün işlərə başlayıb. Onun sözlərinə görə, bu, neft məhsulları bazarında aksizlərin artırılmasının sürətləndirilməsində özünü göstərir. Aksizlər əvvəl planlaşdırılandan ikiqat daha sürətlə artacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər