Avropa ölkələri arasında “Aİ-95” (“Premium”) markalı benzinin qiymətinə görə Azərbaycan 6-cı sırada yer alıb.
“Autotraveler” portalının iyun ayının sonu üçün açıqladığı məlumatlara görə, “Aİ-95” markalı benzinin ən ucuz satıldığı ölkə Rusiyadır. Bu ölkədə “Aİ-95” markalı benzinin 1 litrinin orta qiyməti 0,57 avro (1,05 manat) təşkil edir. Avropa ölkələri arasında “Aİ-95” markalı benzinin ən baha qiymətə satıldığı ölkə isə Niderland hesab olunur. Bu ölkədə “Aİ-95” markalı benzinin 1 litri 1,98 avroya (3,7 manat) satılır.
Avropa ölkələri arasında 6-cı sırada olan Azərbaycanda “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 2 manata (1,08 avro) bərabərdir.
Avropada “Aİ-95” markalı benzinin Azərbaycandan ucuz olduğu 5 ölkə var – Rusiya, Belarus, Türkiyə, Gürcüstan və Ermənistan. İyun ayının son günlərində Avropa ölkələrində “Aİ-95” markalı benzinin qiyməti aşağıdaki kimi olub:
Rusiya – 0,57 avro
Belarus – 0,72 avro
Türkiyə– 0,93 avro
Gürcüstan – 0,97 avro
Ermənistan – 1,02 avro
Azərbaycan – 1,08 avro
Ukrayna – 1,11 avro
Moldova – 1,21 avro
Bolqarıstan – 1,31 avro
Şimali Makedoniya – 1,31 avro
Bosniya və Herseqovina – 1,33 avro
Malta – 1,34 avro
Rumıniya – 1,35 avro
Kipr – 1,38 avro
Xorvatiya – 1,40 avro
Andorra – 1,41 avro
Sloveniya – 1,42 avro
Polşa – 1,45 avro
Litva – 1,50 avro
Serbiya – 1,51 avro
Monteneqro – 1,53 avro
Lüksemburq – 1,56 avro
Çexiya – 1,56 avro
Avstriya – 1,57 avro
Macarıstan – 1,57 avro
Latviya – 1,58 avro
Slovakiya – 1,58 avro
İspaniya – 1,59 avro
İrlandiya – 1,60 avro
Albaniya – 1,66 avro
İsveç – 1,69 avro
Estoniya – 1,70 avro
Böyük Britaniya – 1,71 avro
Portuqaliya – 1,73 avro
Belçika – 1,77 avro
Danimarka – 1,83 avro
İtaliya – 1,85 avro
Almaniya – 1,86 avro
Fransa – 1,87 avro
İsveçrə – 1,87 avro
Yunanıstan – 1,88 avro
Norveç – 1,93 avro
İslandiya – 1,94 avro
Finlandiya – 1,96 avro
Niderland – 1,98 avrov