33 C
Baku
Monday, June 17, 2024

“BeReal”dakı kimi: “Instagram” təbii kadrlar üçün yeni funksiya hazırlayır

“Instagram” sosial şəbəkəsi “IG Candid Challenges” və ya təbiilikdə rəqabət funksiyasını sınaqdan keçirməyə başlayıb. Qeyd olunur ki, bu funksiya 2022-ci ilin iyulunda populyarlıq qazanan “BeReal” xidmətində də var.

Banker.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.

Yeniliyi tərtibatçı Alessandro Paluçi kəşf edib. Onun sözlərinə görə, istifadəçilər iki dəqiqə ərzində ön və arxa kameralarla şəkil çəkdirmək üçün hər gün müxtəlif vaxtlarda bildiriş alacaqlar. Sonra şəkillər “Hekayələr” bölməsində dərc olunacaqlar. Sosial şəbəkə hesab edir ki, bu format “burada və indi” kateqoriyasındakı məzmunun paylaşılmasını təşviq edir.

Eyni funksiya real vaxt rejimində fotoşəkilləri paylaşmaq üçün yaradılan “BeReal” sosial şəbəkəsinin əsasını təşkil edir. Tətbiq istifadəçiyə bildiriş göndərir, bundan sonra o, ətrafının şəklini çəkib paylaşmalıdır.

FaykXivWYAEsfc

Son zamanlar “Instagram” tez-tez digər məşhur sosial şəbəkələri kopyalayır. İyulun sonunda xidmət TikTok platformasının tövsiyələrinə bənzər yeni lent formatını təqdim edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər