26 C
Baku
Saturday, July 27, 2024

Berkeley universiteti

Kaliforniya, Berkeleydə yerləşən Berkeley universiteti 1868-ci ildə yaradılıb. Bu universitet Kaliforniya universitetinin tərkib hissəsi, onun əsas və ən qədim kampusudur.

Berkeley universitetindən olan fiziklər İkinci dünya müharibəsi dövründə atom bombasının və daha sonradan hidrogen bombasının yaradılmasında vacib rol oynamışlar. Bu universitetin məzunları tsiklotron-un yaratmış, antiprotonu araşdırmış, lazerin yaradılmasında mühüm rol oynamış, fotosintezin əsasında duran prosesləri izah etmiş, plutonin, berkeley, lourensiy və kaliforniy də daxil olmaqla bir çox kimyəvi elementləri yaradılmış. Bu universitetin 24 yetirməsi Nobel mükafatına layiq görülmüşlər. Bu mükafatlar isə əsasən kimya, fizika və iqtisadiyyat sahəsi üzrə verilmişdir.

Burada 22 mindən çox insan təhsil alır. Universitetin rektoru Robert Birqenaudur. Berkeley-də 130 fakultə, 14 kollec və institut yerləşir.

2007-ci ildə Kaliforniya universiteti nümayəndələri universitet divarları arxasında keçən mühazirə və tədbirlərin video yazılarını YouTube internet portalında paylaşacaqlarını elan etdilər. Berkeley bu addımı atan ilk universitet oldu. İndi www.youtube.com/ucberkeley ünvanı ilə 300 saatdan çox mühazirələri izləmək mümkündür.

2002-ci ildə isə universitet veb bloqlarla yeni dərs kursunu yaratdı. Jurnalistika fakultəsinin tələbələri hər həftə bloqlarla işləmək və onlardan informasiya əldə etmək üsullarını öyrənirlər. Kursun müəllimi Wired xəbər saytının yaradıcılarından biri Con Batel-dir.

Universitetin nobel mükafatçıları:

• Oliver Uilliamson iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
• Karol Qreyder tibb üzrə Nobel mükafatı laureatı
• Endryu Faye tibb üzrə Nobel mükafatı laureatı
• Con Meter fizika üzrə Nobel mükafatı laureatı
• Tomas Şellinq iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
• Devid Qross fizika üzrə Nobel mükafatı laureatı
• Sidney Brenner tibb üzrə Nobel mükafatı laureatı
• Corc Akerlof iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
• Alan Higer kimya üzrə Nobel mükafatı laureatı
• Daniel MakFadden iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
• Amartya Sen iqtisadiyyat üzrə Nobel mükafatı laureatı
• Tomas Keç kimya üzrə Nobel mükafatı laureatı
• Çeslav Miloş ədəbiyyat üzrə Nobel mükafatı laureatı

Son xəbərlər
Digər xəbərlər