14 C
Baku
Thursday, May 2, 2024

“Berkshire Hathaway” fondu “Bank of America”nın əsas səhmdarı olub

Banker.az The Wall Street Journal-a istinadən xəbər verir ki, amerikalı investor Warren Buffet ABŞ-ın ikinci ən böyük bankı olan Bank of America-nın nəhəng səhmdarı oldu.

Biznesmenə məxsus Berkshire Hathaway holdinqi müqaviləni həyata keçirmək üçün Bank of America-nın 700 milyon səhmini əldə edib. İndi Buffet maliyyə təşkilatının səhmlərinin 6,6 faizinə sahibdir.

CNBC telekanalı 30 iyunda məlumat vermişdi ki, Berkshire Bank of America bankından sahib olduğu 700 milyon imtiyazlı səhmi adi səhmə çevirmək niyyətindədir.

Berkshire şirkəti ABŞ-ın digər aparıcı maliyyə təşkilatı Wells Fargo-nun da nəhəng səhmdarıdır. Bundan əlavə, Buffet Goldman Sachs bankının da nəhəng səhm paketinə sahibdir.

87 yaşlı Warren Buffet sərvətinin həcminə görə dünyanın ikinci ən varlı şəxsi hesab olunur. O yalnızca Microsoft rəhbəri Bill Gates-dən geridə qalır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər