17 C
Baku
Saturday, April 13, 2024

“Berkshire Hathaway” ili rekord $97 milyard mənfəətlə başa vurub

Milyarder Uorren Baffetin “Berkshire Hathaway” investisiya fondu dördüncü rüb və ümumilikdə 2023-cü il üçün hesabatlarını təqdim edib. Şirkət ötən ili 97.1 milyard dollarlıq rekord xalis mənfəətlə başa vurub. Xatırladaq ki, bir il əvvəl şirkət 22 milyard dollar zərər edib. Bu dəfə illik gəlir 21% artaraq 364.5 milyard dollara çatıb. Dördüncü rübdə “Berkshire” şirkətinin mənfəəti iki dəfədən çox artaraq 37.6 milyard dollara yüksəlib. Rüblük gəlir 70.3% artaraq 133.1 milyard dollar olub.

“Berkshire” həmçinin bildirib ki, onun səhm investisiyalarından qazancları 2023-cü ildə 48% artıb, çünki bir çox şirkət səhmləri 2022-ci ildə kəskin ucuzlaşdıqdan sonra bəzi qazancları bərpa edib. Fondun gəlirlərinin əhəmiyyətli hissəsi beş şirkətin (“Apple”, “Bank of America”, “American Express”, “Coca-Cola” və “Chevron”) payına düşür.

Ənənəvi olaraq illik hesabatları müşayiət edən investorlara məktubunda cənab Baffet bildirib ki, investisiya fondu o qədər dayanıqlıdır ki, hətta ciddi maliyyə böhranlarına da tab gətirə bilər, lakin indiki şəraitdə və fondun nəhəng həcmini nəzərə alsaq, belə bir şey gözləmək lazım deyil”. “Berkshire”nın kapitallaşması 900 milyard dolları ötür.

Son xəbərlər
Digər xəbərlər