15 C
Baku
Sunday, November 24, 2024

Berkshire Hathaway Inc.

Berkshire Hathaway Inc. -əfsanəvi investor Uorren Baffetin kompaniyasıdır (onun kompaniyadakı payı 31% təşkil edir. Berkshire Hathaway Inc. Çoxlu sayda müxtəlif kompaniyaların sahibi hesab olunur (ya hissəli, ya da bütünlüklə). Savadlı idarəetmə və mühafizəkar investisiya etmə strategiyası sayəsində Berkshire Hathaway kompaniyası demək olar ki, 50 il ərzində öz balans dəyərini orta illik hesabla 20 % artırır. İnvestisiya etmədən əlavə olaraq Berkshire Hathaway sığorta fəaliyyəti ilə məşğul olur. 

BERKSHIRE HATHAWAY –YARANMA TARIXI

Berkshire Hathaway tarixi – bu hər şeydən öncə onun yaradıcısının və dünyanın ən zəngin insanlarından buru olan Uorren Baffetin uğur tarixidir.

1962-ci ildə Nebraskadan olan və heç kəsin tanımadığı investor Berkshire Hathaway toxuculuq manifakturasının səhmlərini almağa başlayır, belə ki, səhmlərin qiymətinin dəyişməsinə müəyyən qananauyğunluq hiss edir. 1964-cü ildə manufakturanın sahibi Siberi Stenton Baffetə şifahi şəkildə bir səhmin qiyməti 11,5 dollardan olmaqla buyback təklifi edir və o, razılaşır. Bir həftə sonra Baffet bir az azaldılmış qiymətlə – səhmin biri 11 dolar 38 sent olmaqla yazılı təklif alır. Səhmləri cüzi fərqlə satmaq əvəzinə möhtəkir (spekulyant) acığı fabrikin qalan bütün səhmlərini də alır, o məqsədlə ki, Stentonu işdən çıxarsın (nəticədə bunu edir). Beləliklə, gələcəkdə çiçəklənən Berkshire Hathaway kompaniyasının prezidenti həmin anda zərərlə işləyən Berkshire Hathaway manufakturasının majoritar səhmdarı olur (məhz həmin dövrdə ABŞ-da yüngül sənaye böhranı yaşanır)

Yeri gəlmişkən 2010-cu ildə Uorren Baffet bəyan edib ki, toxuculuq fabrikinin alınması onun nə vaxtsa yol vermiş olduğu ən ciddi investisiya səhvidir. İnvestorun fikrincə, əgər o, həmin pulları bir başa olaraq sığorta biznesinə qoysaydı, gəlirlər daha çox olardı.

corporatelogo

1967-ci ildə National Indemnity Company adlı ilk sığorta kompaniyası alınır, 1970-ci illərin sonunda isə Government Employees Insurance Company (GEICO) kompaniyası alınır, bu şirkət hal-hazırda Berkshire Hathaway-ın sığorta seqmentində ən başlıca aktividir. 1985-ci ildə Baffet imperiyasının toxuculuq istiqaməti bağlanaraq, tarixə qovuşur.

Qeyd etmək lazımdır ki, fəaliyyətinin erkən dönəmlərində əgər Berkshire Hathaway yalnız birja səhmlərini alırdısa, növbəti mərhələlərdə korporasiya bütöv kompaniyaları almağa başladı.

Hal-hazırda Berkshire Hathaway iqtisadiyyatın ən fərqli sektorlarına aid olan kompaniyaların aktivlərini idarə edir: retail, dəmiryol nəqliyyatı, media biznesi, təbii regional monopoliyalar və s.

Berkshire Hathaway kompaniyasının daha bir sahibi (ortaq sahibi) –kompaniyanın vitse-prezidenti Çarli Munqerdir.

Baffetin kompaniyası Forbes Forbes Dünyanın ən nəhəng ictimai kompaniyaları siyahısında (Global 2000 Leading Companies) 9-cu yeri tutur. Bu reytinqdə dünyanın ən nəhəng kompaniyaları barədə məlumatlar yer alır.

Kompaniyanın adı

Ölkə

Satışlar

Gəlir

Aktivlər

Bazar dəyəri

9

Berkshire Hathaway

ABŞ

$162,5 mlrd

$14,8 mlrd

$427,5 mlrd

$252,8 mlrd

Dünyanın bəzi nəhəng şirkətlərinin kapitalından gələ 5% və daha yuxarı gəlir

  • American Express Co. (12.6%)
  • BYD (9.9%)
  • The Coca-Cola Company (8.6%)
  • Kraft Foods (5.6%)
  • Moody’s Corporation, owner of Moody’s Analytics (12.5%)
  • Munich Re (10.5%)
  • Wells Fargo (19.0%)

Berkshire Hathaway Inc.-in profili

Ünvan 3555 Farnam Street, Suite 1440, Omaha, NE 68131, United States
Telefon 402-346-1400
faks 402-346-3375
Rəsmi sayt berkshirehathaway.com
Əməkdaşların sayı

(asılı kompaniyalar da

daxil olmaqla)

271 000
birja NYSE
Tiker BRK-A
BRK-B*
Sektor Maliyyə
Başlıca rəqiblər The Blackstone Group LP, HM Capital Partners LLC, KKR & Co. L.P.,

* Berkshire Hathaway Inc kompaniyasının iki növ səhmləri vardır, BRK-A tikerli səhmlər və BRK-B tikerli səhmlər. BRK-B səhmləri kompaniyanın BRK-A səhmlərinin xırdalanmış formasıdır, səbəb isə odur ki, Berkshire Hathaway Inc səhmləri olduqca bahadır və ona görə də heç də hər investorun onları almaq imkanı yoxdur. Buna görə də Baffetin təşəbbüsü nəticəsində kompaniyanın məhdud sayda nisbətən “yüngül” BRK-B səhmləri emissiya edilib. Bu səhmlər BRK-A ilə dəyişdirilə bilər, amma BRK-A səhmləri öz növbəsində xırdalana bilməzlər.

Kompaniyanın maliyyə göstəriciləri 2012-2011

623285304.jpg

Son xəbərlər
Digər xəbərlər