19 C
Baku
Sunday, April 28, 2024

“Berkshire Hathaway” “Occidental Petroleum”un 590 mln. dollarlıq səhmlərini alıb

Milyarder Uorren Baffetin “Berkshire Hathaway” investisiya şirkəti “Occidental Petroleum” neft şirkətinin 590 milyon dollarlıq səhmlərini alıb, bu barədə “Bloomberg” məlumat verib.

Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən hesabata görə, “Berkshire Hathaway” “Occidental Petroleum”un təxminən 10.5 milyon səhmini hər bir səhm üçün təxminən 55.5-57 dollar qiymətinə alıb. Bu, “Baffetin Occidental”dakı payını 27%-dən bir qədər yuxarı edir.

Alış “Occidental Petroleum” şirkətinin Perm hövzəsində neft və qaz hasil edən “CrownRock”u almaq barədə razılığa gəlməsindən sonra baş verib. Sövdələşmənin tənzimləyicilərin təsdiqindən sonra 2024-cü ilin birinci rübündə başa çatdırılması gözlənilir.

Nyu-York Fond Birjasında “Berkshire Hathaway” səhmləri dekabrın 13-də ticarətin bağlanışında 362.03 dollar (+0.56%) dəyərində olub. “Occidental Petroleum” 3.01% artaraq 57.22 dollar olub. Dekabrın 14-nə olan məlumata görə, Uorren Baffet Amerika “Forbes Real-Time” reytinqində beşinci yerdədir, onun sərvəti 121.4 milyard dollardır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər