21 C
Baku
Saturday, September 28, 2024

“Berkshire Hathaway”in kapitallaşması 1 trln. dollara yaxınlaşır

“Berkshire Hathaway” səhmləri Nyu-York Fond Birjasında premarket ticarətində 5.5% bahalaşıb. “Bloomberg” qeyd edir ki, bu tendensiya ticarət günü ərzində davam edərsə, milyarder Uorren Baffetin investisiya şirkətinin bazar dəyəri 1 trilyon dollara yaxınlaşacaq. Fevralın 26-da Bakı vaxtı ilə saat 17:12-də artım 2.1%-ə qədər yavaşlayıb; “Berkshire Hathaway” səhmləri premarket ticarətində 426 dollar dəyərində olub.

Agentlik yazır ki, 2024-cü ildə “Berkshire Hathaway” səhmləri fevralın 23-nə qədər 17%, 2023-cü ildə isə 15% artıb. Ötən cümə günü ticarətin bağlanışında şirkətin kapitallaşması demək olar ki, 905.5 milyard dollar təşkil edib.

Fevralın 24-də investisiya fondu dördüncü rüb və ümumilikdə 2023-cü il üçün hesabatlarını təqdim edib. Şirkət ötən ili 97.1 milyard dollarlıq rekord xalis mənfəətlə başa vurub. Xatırladaq ki, bir il əvvəl şirkət 22 milyard dollar zərər edib. Bu dəfə illik gəlir 21% artaraq 364.5 milyard dollara çatıb. Dördüncü rübdə “Berkshire” şirkətinin mənfəəti iki dəfədən çox artaraq 37.6 milyard dollara yüksəlib. Rüblük gəlir 70.3% artaraq 133.1 milyard dollar olub.

Uorren Baffetin sözlərinə görə, “Berkshire Hathaway” bir daimi qaydaya əməl edir: heç vaxt “kapitalın daimi itkisi riskinə girməmək”. Bu strategiya “Berkshire”yə ildən-ilə müsbət nəticələr əldə etməyə imkan verir. Qeyd edək ki, Baffetin şirkətinin xalis mənfəəti 2023-cü ildə rekord 96.22 milyard dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər