8 C
Baku
Thursday, December 12, 2024

“Berkshire Hathaway”in kapitallaşması tarixdə ilk dəfə 1 trln. dolları keçib

Dünən, avqustun 28-də ticarətin açılışından sonra Uorren Baffetin “Berkshire Hathaway” investisiya fondunun səhmləri 1.2% bahalaşıb, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

Beləliklə, şirkətin kapitallaşması tarixində ilk dəfə olaraq 1 trilyon dolları ötüb. “Berkshire Hathaway” dəyəri bu həddi aşan yeddinci ABŞ şirkəti olub. Qeyd edək ki, “Apple”, “Nvidia”, “Microsoft”, “Alphabet”, “Amazon” və “Meta” şirkətləri də 1 trilyon dollardan artıq dəyərə malikdir.

İlin əvvəlindən “Berkshire Hathaway” səhmləri 28% artıb. Son zamanlar investisiya fondu aktiv şəkildə sahib olduğu səhmləri satır. Bunlara “Apple” və “Bank of America” qiymətli kağızlarını misal göstərmək olar.

Son xəbərlər
Digər xəbərlər