Yerüstü personalın tətili səbəbindən Berlin-Brandenburq aeroportunun 300 reysi ləğv edilib.
“Verdi” həmkarlar ittifaqının təşkil etdiyi tətilin iştirakçıları maaşlarının ayda 500 avro artırılmasını istəyir. Lakin aeroport rəhbərliyi əməkdaşlarına hələlik 2 min avroluq birdəfəlik ödəniş təklif edib.
Ümumilikdə 35 min sərnişinə təsir edən tətil 2018-ci ildən bəri bu sayda reysin ləğvinə səbəb olan ən irimiqyaslı aksiyadır.