Biz sizə bu məqalədə Berlinə səyahət etdikdə mütləq ziyarət etməli olduğunuz yerlərin siyahısını təqdim edirik.
1. Taxelesdə müasir incəsənətdən zövq almalısınız
Bu rəngarəng binanın bir o qədər də rəngarəng tarixi var. Vaxtilə bura həm Peşəkar birliyin qərərgahı, həm univermaq, həm də nasist həbsxanası olmuşdu. 90-cı illərin əvvəlində bu atılmış bina sökülmək təhlükəsi altında idi. Lakin burada müasir rəssamlar yerləşərək binanı acı aqibətdən qurtarırlar. Bugünkü gündə binanın divarlarında yüzlərlə rəssamın yaratdığı sənət əsərlərinə tamaşa etmək olar. Tikintinin otaqlarında lazımsız əşyaların böyük kolleksiyası var. Rəsm əsərlərindən savayı, burada konsert və tamaşala üçün meydançalar da yerləşir.
2. Unter- den- Linden bulvarı ilə Brandenburq divarına qədər gəzintiyə çıxmaq
Berlininin bütün gözəlliklərini görmək üçün ən məşhur bulvarda gəzmək lazımdır. Unter- den- Linden bulvarının ətrafında bir sıra görkəmli tarixi tikintilər yerləşir: Berlin operası, Böyük Fridrixin məşhur heykəli, müqəddəs Hedviqin Kilsəsi.
Bulvarın qərb tərəfində sizi şəhərin ən gözəl mənzərəsi gözləyir: Tirqraten parkının əlvan yaşıl görünüşü. Bu parkın qarşısında Brandenburq divarı ucalır. Brandenburq divarı bir zamanlar Şərqi və Qərbi Almaniyanı ayırırdı.
3. Qapalı məhəllər kompleksində bir fincan qəhvə içmək
Almaniyada ən böyük qapalı məhəllər kompleksi həm turistlədən, həm də yerli əhali tərəfindən çox sevilir. Bu kompleksdə qədim memarlıq qorunub.
Kompleks 18-ci əsrin sonlarında- 19-cu əsrin əvvəllərində ucadılmışdır və bugünü gündə burada bir çox barlar, kafelər v butiklər yerləşir.
4. Reyxstaqı ziyarət etmək

Binaya giriş pulsuzdur.
5. Yaxşı nahar etmək
Berlində yeməklər sadə, doyumcul və ucuzdur. Burada ən məşhur yemək “karrivusrst”dur.
O, karri sousunda alman sosisindən ibarətdir.
Alman mətbəxində daha ağır yeməklər adətən ətdən, kartofdan, soyuq ət qəlyənaltılarından və salatlardan ibarət olur.
6. Kayzer Vilgelmin Memorial kilsəsini ziyarət etmək
Şəhərin qərbində bir çox qədim binalara rast gəlmək olar. Kurfürstendamm bulvarında yerləşən bu füsunkar kilsə Berlin tarixinin qaranlıq hadisələrinin ən məşhur şahidlərindən biridir. 1890-cı illərdə inşa edilmiş kilsə 1943-ci ilin bombardmanında ciddi xəsarətlər almışdı və onun zədələnmiş günbəzini müharibə vaxtının şahidi kimi qalması üçün təmir etməyiblər.
7. Muzeylər adasını ziyarət etmək
Bu məşhur muzey kompleksi Berlinin əsas çayı- Şpreyanın üzərində yerləşir. Kompleksə beş muzey daxildir. Muzeylərdə Qərb incəsənətinin tarixi təqdim olunub.
8. Çekpoynt Çarlini ziyarət etmək

Onun yanında Soyuq müharibəyə, ADR-in totalitar rejiminə həsr olunmuş Berlin divarının Muzeyi yerləşir.
9. İst- Sayd qalereyasının rəsmlərini görmək

10. Bütün gecə rəqs etmək

Yuxusuz gecələr üçün ən yaxşı rayonlar Mitte, Prentslauer- Berq və Fridrixsxayn- Kroytsberqdir.













Comments are closed.