LVMH-nin baş direktoru Bernar Arno “Euronext Paris”də ticarətin açılışından sonra yanvarın 29-da 11 milyard dollar itirib. Lakin Bakı vaxtı ilə saat 19:10-da milyarderin itkiləri 10.4 milyard dollara qədər azalıb və aktivlərinin dəyəri 188.4 milyard dollar olub.
“Louis Vuitton” və “Christian Dior” brendlərinin daxil olduğu LVMH-nin əsas bölməsində satışlar 2024-cü ilin dördüncü rübündə 1% azalıb. Bu, Yeni il bayramı zamanı alıcılar arasında tələbatın aşağı düşməsi ilə əlaqədar olub, “Bloomberg” yazır.
Agentlik qeyd edir ki, bu hesabat investorları məyus edib. Fransanın “Euronext Paris” birjasının məlumatlarına görə, LVMH səhmləri yanvarın 29-da ən aşağı həddə 6.7% azalaraq 700 avroya düşüb.
“Investing.com”a görə, LVMH səhmlərinin növbəti 12 ayda 710.05 avroya çatması proqnozlaşdırılır. “Fransanın Euronext” birjasının Bakı vaxtı ilə saat 19:24-ə olan məlumatına görə, şirkətin səhmləri hazırda 711.1 avroya satılır.