9 C
Baku
Thursday, December 12, 2024

Bernar Arno yenidən dünyanın ən varlı adamı olub

Bernar Arno yenidən dünyanın ən varlı adamı olub, Banker.az bu barədə Secretmag-a istinadən xəbər verir. 74 yaşlı fransız iş adamı “Louis Vuitton Moët Hennessy” (LVMH) şirkətlər qrupunun prezidentidir. Bundan əvvəl reytinqin zirvəsində “SpaceX” və “Tesla” şirkətlərinin yaradıcısı, 52 yaşlı amerikalı İlon Mask dayanıb. Dəyişiklikləri “Forbes” iqtisadi jurnalı dərc edib. Nəşrə görə, indi milyarderlərin demək olar ki, yarısı bir il əvvəlkindən daha kasıbdır.

Bernar Arnonun sərvəti 205.8 milyard dollar olaraq qiymətləndirilir. Milyarderin sərvəti 21.6 milyard dollar artıb. Fransanın LVMH şirkəti “Louis Vuitton” və “Moët Hennessy”nin birləşməsi nəticəsində yaranıb. Hər ikisi bahalı brendləri ilə məşhurdur. Onların arasında, məsələn, “Christian Dior”, “Louis Vuitton”, “Tiffany & Co”, “Givenchy” və “Hennessy” var.

İlon Maskın iki şirkətinin – elektrik avtomobil istehsalçısı “Tesla” və kosmik texnologiya şirkəti “SpaceX”in ümumi kapitalı 204.2 milyard dollar təşkil edir.

Amerikanın “Amazon” korporasiyasının yaradıcısı, 60 yaşlı Ceff Bezos dünyanın ən varlı insanları reytinqində üçüncü yerdədir. Onun sərvəti 179.9 milyard dollardır.

İlk beşliyə həmçinin “Oracle” korporasiyasının yaradıcılarından biri, 79 yaşlı Larri Ellison (142.6 milyard dollar) və “Meta” korporasiyasının rəhbəri 39 -yaşlı Mark Zukerberq (138.8 milyard dollar) daxildir.

Son xəbərlər
Digər xəbərlər