16 C
Baku
Saturday, October 18, 2025

Bernar Arnonun sərvəti bir həftədə $19 milyard artıb

“Louis Vuitton Moet Hennessy” (LVMH) şirkətlər qrupunun qurucusu və prezidenti Bernar Arnonun sərvəti hesabatların dərcindən sonra 19 milyard dollar artıb.

Bildirilir ki, fransız iş adamının sərvəti 192 milyard dollar olaraq qiymətləndirilir və o, dünyanın ən varlı insanları reytinqində 7-ci yerdə qərarlaşıb. Arno ABŞ-dən kənarda yaşayan ən varlı şəxs statusunu qoruyub saxlayır. “Forbes” reytinqində də o, 7-ci yerdədir, burada onun sərvəti 181 milyard dollar olaraq göstərilir.

14 oktyabrda LVMH 2025-ci ilin III rübü və 9 ayı üzrə maliyyə hesabatını təqdim edib. Qrupun gəlirləri 58,1 milyard avro təşkil edib. III rübdə satışlar 1% artaraq 18,28 milyard avroya çatıb. Bu, I və II rüblərdəki 3% və 4% azalmadan sonra baş verib.

Arno ailəsinin LVMH-dəki payı 48%-dir. Qrupa daxil olan brendlər arasında “Louis Vuitton”, “Christian Dior”, “Tiffany”, “Bulgari”, “Loro Piana” və daha 70-dən çox moda və kosmetika şirkəti var. “Bloomberg”in məlumatına görə, Arno öz paylarını “Financiere Agache” ilə əlaqəli strukturlar vasitəsilə idarə edir — bu, Arno ailəsinin sərmayələrini idarə edən Paris şirkətidir. 2025-ci ilin əvvəlində Arnonun sərvəti 209 milyard dollar səviyyəsinə çatmışdı.

Son xəbərlər
Digər xəbərlər