Bernard Şou – sizi ətalət və tənbəllikdən xilas edəcək!
- Dünya işləmədən varlanmaq istəyən avara və varlanmadan işləməyə hazır olan axmaqlarla doludur.
- Rəqs – üfuqi arzunun şaquli ifadəsidir.
- Nifrət – qorxağın yaşadığı qorxuya əvəz olaraq aldığı intiqamdır.
- Bizim – xoşbəxtlik yaratmadan ondan istifadə etmək hüququmuz yoxdur.
- İdeal ər – ideal həyat yoldaşına sahib olduğunu düşünən kişidir.
- Tənhalığı yaşamaq və ondan zövq almaq böyük istedaddır.
- Bəzən insanları sizi asmaq niyyətlərindən yayındırmaq üçün güldürmək lazımdır.
- Yaxınlarımıza qarşı etdiyimiz ən böyük günah nifrət yox, biganəlikdir. İnsafsızlığın ən yüksək zirvəsi məhz budur.
- Qadınlar tez bir şəkildə onlara kimlə xəyanət etməyə hazır olduğumuzu təyin edə bilərlər. Bəzən hətta bu ilk öncədən bizim ağlımıza gəlməsə belə.
- Alkoqol – həyat adlı əməliyyatı keçirməyə imkan verən anesteziyadır.
- Bacaran edir, bacarmayan isə digərlərini öyrədir.
- Sevdiyinizi əldə edin, əks halda əldə etdiyinizi sevməli olacaqsınız!
- Qocalmaq darıxdırıcıdır, lakin bu uzun müddət yaşamağın yeganə üsuludur.
- İnsanların tarixdən çıxarmalı olduğu yeganə dərs ondan ibarətdir ki, insanlar tarixdən heç bir dərs çıxarmır.
- Demokratiya – hava şarı kimidir və digərləri ciblərinizi boşaltdığı bir vaxtda sizi başınızı göyə qaldıraraq ona baxmağa məcbur edir.
- Heç nəyə inanmayan insan hər şeydən qorxar.
- Göydə quşlar kimi uçmağı, suda balıqlar kimi üzməyi öyrəndiyimiz bir halda geriyə yalnız bir şey qalır: o da yerdə insan kimi yaşamağı öyrənməkdir.